Bar və Restoranlar


Bizim Kompleks qonaqlarına müasir avadanlıqlarla təchiz olunmuş, peşəkar heyət və ləziz mətbəxti ilə bir neçə restoran təqdim edir. Siz bizim restoranlarımızda milli və xarici mətbəxin təamların dada bilərsiz.

İpək Restoranı


İpək restoranı kulinariya mükəmməlliyinə həsr olunub və Siz bizim aşbazlar tərəfindən hazırlanmış gözəl xarici mətbəxdən həzz ala bilərsiniz. Restoranın rahat mühiti onu səmimi şam yeməyi və iş yeməkləri üçün mükəmməl məkana çevirir. 

Nuxa Restoranı


Nuxa restoranında qonaqlar ənənəvi Azərbaycan yeməkləri ilə yanaşı bir sıra sağlam və ləziz təamları tapa biləcəklər.

Lobbi Bar


Lobby bar yüngül yeməklər, kokteyllər, ənənəvi nahar sonrası çay dəstgahı, dadlı  şirniyyatları təqdim edir. Bu məkan Bar dostlarınızla birgə dincəlmək və bir şüşə şərab, şampan və yaxud ev desertləriylə birgə təqdim olunan signature (təsdiqlənmiş) kokteyllərdən həzz almaq üçün ideal məkandır.

Armudu Lounge


Armudu Lounge unudulmayan bir məkandır. Armudu Lounge-ın özünəməxsusluğu təqdim etdiyi geniş çeşidli içkilər və yüngül qəlyanaltılarla mükəmməl tamamlanır.
Təzə çayın və kofenin ətriylə heçnə müqayisə olunmur, xüsusilə canlandıran dağ havasını hiss etdikdən sonra.

Göl Kafe


Aydın səma və yam-yaşıl dağların müşayiəti altında göl mənzərəsini izləyərək ətirli Azərbaycan çayının və yerli şirniyyat nümunələrinin dadından həzz alın. Təmiz dağ havasını içinizə çəkdikcə bu gözəllik və təbii sakitlik ruhunuzu oxşayacaq.

Marxal Resort and Spa, Azərbaycan, Şəki
Tel: +99412 585 35 85 | Mob: +99455 500 35 85
E.poçt:  reservation@marxalresort.az
© 2017 Bütün hüqüqlar qorunur.